SİYASƏT


PUA bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib VİDEO

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, pilotsuz uçuş aparatları (PUA) ilə təlim-məşq uçuşları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçuların əvvəlcə nəzəri və praktiki bilikləri, eləcə də simulyasiya trenajorlarında PUA-ların idarə edilməsi üzrə bacarıqları yoxlanılıb.

Təlimlər çərçivəsində PUA heyətləri müxtəlif hündürlüklərdə ərazi kəşfi apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin olunması və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi heyətlərin praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.