SİYASƏT


PUA heyətləri idarəetmə məntəqələrinin kəşfiyyat məlumatları ilə təmin olunması tapşırıqlarını yerinə yetiriblər VİDEO

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri müxtəlif hündürlüklərdə kəşfiyyat apararaq əldə olunan məlumatları idarəetmə məntəqələrinə ötürürlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, PUA heyətləri, həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkarlanması və müvafiq məlumatların artilleriya bölmələrinin atəşin idarə olunması məntəqəsinə göndərilməsi üzrə tapşırıqları yerinə yetirirlər. Bu, artilleriyanın tətbiqinin nəticələrini müşahidə və lazımi düzəliş verməyə imkan verir.

Tapşırıqların icrası zamanı ərazinin optik və radioelektron kəşfiyyatının aparılması üçün nəzərdə tutulmuş PUA-lardan istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.