MƏDƏNİYYƏT
PUŞKİNİN KİÇİK QIZININ ROMANI NƏŞR EDİLƏCƏKDİR
Romanı rus dilinə Vladimir Fridkin tərcümə etmişdir.
Avtobioqrafik səciyyəli bu əsərdə hadisələr 1850-60-cı illərdə Peterburqda və müəllifin atalığı Pyotr Lanskinin xidmət etdiyi polkun yerləşdiyi və ailəsinin yayda dincəldiyi Strelnyada cərəyan edir. Natalya Aleksandrovna gənc qraf Orlova məhəbbətindən, oğlunun Puşkinin qızına evlənməsini istəməyən üçüncü jandarm şöbəsinin başçısı Aleksey Orlovun təşəbbüsü ilə bu münasibətlərin pozulmasından danışır.
V.Fridkinin sözlərinə görə, romanda Natalya Nikolayevnanın obrazı “heç bir başqa kitabda olmadığı qədər qabarıq, parlaq və canlı” təsvir olunmuşdur.
Əri ilə Almaniyada yaşayan Natalya Puşkina-Nassau hərdənbir Rusiyaya da gəlmiş, o cümlədən 1880-cı ildə Moskvada babasına qoyulan abidənin açılışında iştirak etmişdir. O, 1913-cü ildə Kannda vəfat etmiş və Visbadendə dəfn olunmuşdur.
Natalya Aleksandrovnanın nəslindən olan Georq fon Merenberq II Aleksandrın çar nəslinə mənsub olmayan arvadı knyaginya Yuryevskayanın qızı ilə evlənmişdir, ona görə də, Klotilda fon Rintelen, eyni zamanda, Rusiya imperatoru II Aleksandrın nəticəsi sayılır.