CƏMİYYƏT


Paata İmnadze: Azərbaycanın COVID-19-a qarşı mübarizə sahəsindəki təcrübəsi bizim üçün vacibdir

Tbilisi, 6 oktyabr, AZƏRTAC

“Tbilisidə “COVID-19: Qazanılmış nəticələr” adlı beynəlxalq konfrans keçirilir. Bu tədbirdə Avropadan, Mərkəzi Asiyadan çoxlu nümayəndələr, eləcə də azərbaycanlı həmkarlar iştirak edirlər. Azərbaycandan olan nümayəndə heyətinin bu tədbirdə iştirakı bizim üçün vacibdir. Biz konfrans və seminarlarda həmkarlarımızla səmərəli müzakirələr apardıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın İctimai Səhiyyə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze söyləyib.

Onun sözlərinə görə, konfransda olduqca vacib məsələlər müzakirə olunub, pandemiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübə öyrənilib.

P.İmnadze deyib: “Bu xüsusda Azərbaycanlı həmkarlarımızın iştirakı və onların çıxışlar, bir sözlə Azərbaycanın COVID-19-la mübarizə sahəsindəki uğurlarının əsasını təşkil edən məsələlər bizim üçün vacibdir. Azərbaycan koronavirusla mübarizə sahəsində beynəlxalq təşkilatlar, xüsusən də ÜST ilə səmərəli əməkdaşlıq edib, ölkədə xeyli sayda ixtisaslı modul tipli xəstəxanalar tikilib. Azərbaycan, eləcə də bəzi ölkələrə yardımlar edib. Ona görə də Azərbaycanın təcrübəsi bizim üçün önəmlidir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.