Padar-Sığırlı mənzilində 5,8 kilometr yolun əsaslı təmirinə başlanılmışdır
AzerTAg.az
Bakı, 8 iyul (AZƏRTAC). “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 8-də Padar-Sığırlı mənzilində 5,8 kilometr yolun əsaslı təmirinə başlanılmışdır. Təmir işləri 5 gün davam edəcəkdir.
Qeyd edək ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanmış, 2013-cü il dekabrın 10-da Ağstafa-Poylu mənzilində başa çatmışdır. Dəmir yolunun Padar-Sığırlı mənzilində isə əlavə təmir işləri aparılır.
Xəbərin mətnində orfoqrafik səhv var