MƏDƏNİYYƏT


Paelya UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Madrid, 14 mart, AZƏRTAC

Valensiya şəhərinin meriyası ispan milli mətbəxinin nümunəsi paelyanın UNESCO-nun Dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün müraciət hazırlanması ilə məşğul olacaq ekspert komissiyası yaradıb.

AZƏRTAC xəbər verir ki, komissiyanın tərkibinə müxtəlif sahələrdən olan mütəxəssislər daxil edilib. Komissiyanın ilk iclası bu günlərdə Valensiyanın iqtisadiyyat və turizm sahələrində inkişaf Şurasının rəhbərliyi ilə keçirilib.

Valensiyanın hakimiyyət orqanları xatırladıblar ki, UNESCO artıq bir sıra xörəkləri və kulinariya nümunələrini, o cümlədən Azərbaycan dolmasını, Neapolun pitsayoli və Malavi mətbəxini, ərəb qəhvəsini bəşəriyyətin qeyri-maddi mənəvi irsi elan edib. Şəhər meriyası paelyanın da bu siyahıya daxil edilməsi üçün hazırlıq prosesində komissiya üzvlərinə tam dəstək verəcəyini bildirib. Artıq bir müddətdir ki, Valensiyada sentyabrın 20-si Beynəlxalq Paelya Günü kimi qeyd olunur.

UNESCO üçün müvafiq məlumatların hazırlanması prosesinə Valensiya Universiteti, Valensiya Politexnik Universiteti, I Xayme Universiteti, Alikante Universiteti və digər təhsil müəssisələri cəlb olunub. Bütün prosedura iki ildən artıq müddətdə davam edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.