SİYASƏT
Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb VİDEO
İslamabad, 28 sentyabr, АZƏRTAC
Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi (Pakistan Monument) 27 Sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, işıqlandırma prosesində Azərbaycanın dövlət bayrağı təsvir olunub.
Pakistan Abidəsinin Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad