DÜNYA


Pakistan Beynəlxalq Valyuta Fondundan kredit almaq istəyir

İslamabad, 10 fevral, АZƏRTAC

Pakistanın Baş naziri İmran Xan Dubaya səfəri zamanı Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Leqardla görüşüb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, görüşdə BVF-in Pakistana kredit ayırması məsələləri ətraflı müzakirə edilib. Kristin Leqard deyib ki, fond Pakistanı dəstəkləməyə hazırdır. Ancaq hesab edir ki, ölkədə qətiyyətli siyasət və köklü iqtisadi islahatlar aparılmalıdır. Bu, Pakistan iqtisadiyyatının dayanıqlılığını və sabit inkişafı təmin edəcək.

Pakistanın BVF-dən nə qədər maliyyə vəsaiti almaq istədiyi barədə məlumat verilmir.

Xatırladaq ki, Pakistan bundan əvvəl 2013-cü ildə Beynəlxalq Valyuta Fondundan 5,3 milyard dollar həcmində kredit almışdı.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.