SİYASƏT


Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

DND xəbər agentliyinin (Dispatch News Desk) Nyu-Yorkdakı müxbirinin verdiyi məlumata görə, Pakistan dünya ictimaiyyətindən Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməyə məcbur etməsini tələb edir.

AZƏRTAC xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureşi İslam Əməkdaşlıq Təşkilatının BMT Baş Məclisi çərçivəsində keçirilmiş qrup görüşündə dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb edib. O qeyd edib ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq.

Mahmud Qureşi əlavə edib ki, Dağlıq Qarabağ on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Nazir Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.