SİYASƏT


Pakistan Hərbi Dəniz Qüvvələri komandanı Heydər Əliyev adına Hərbi İnstitut barədə məlumatlandırılıb

Bakı, 2 dekabr, AZƏRTAC

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 2-də admiral M.A.X.Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi, əsas fəaliyyət istiqaməti və tədris prosesi barədə brifinq təqdim edilib.

Pakistan Hərbi Dəniz Qüvvələri komandanı Hərbi İnstitutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb.

Sonra qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsindəki tədris prosesi və burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Daha sonra nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsini ziyarət edib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Qonaqlara hərbi hissənin fəaliyyəti, şəxsi heyətin hazırlıq prosesi və xidmət şəraiti haqqında ətraflı məlumat verilib.

Hərbi hissə ilə tanışlıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrə baxış keçirilib.

Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.