DÜNYA


Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan silahı sınaqdan keçirib

İslamabad, 14 mart, АZƏRTAC

Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan yeni silahı sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın “The Express Tribune” qəzeti məlumat yayıb. Qeyd olunur ki, bu uğurlu sınaqdan sonra “JF-17 Thunder” gecə və gündüz yüksək dəqiqliklə müxtəlif hədəfləri nəzarətdə saxlaya biləcək. Yeni silah pakistanlı mütəxəssislər tərəfindən quraşdırılıb.

“JF-17 Thunder” qırıcıları “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu AircraftIndustry Corporation” şirkətlərinin birgə layihəsidir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.