DÜNYA


Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb

İslamabad, 23 yanvar, АZƏRTAC

Yanvarın 23-də Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Bəlucistan əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həlak olub.

AZƏRTAC xəbər verir ki, qəza təlim uçuşu zamanı baş verib.

Qəzanın dəqiq səbəbi haqqında məlumat verilmir. Hazırda araşdırmalar aparılır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.