DÜNYA


Pakistan Hindistanla sərhəddə hava hücumundan yaxın mənzilli müdafiə sistemləri quraşdırıb

İslamabad, 24 mart, АZƏRTAC

Pakistan Hindistanla sərhəddə yerləşən hərbi bazalarda yaxın mənzilli hava hücumundan müdafiə sistemləri quraşdırıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu sistemlərin quraşdırılmasından əsas məqsəd Hindistanın mümkün hava hücumlarının qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir.

Bildirilir ki, Hindistanla sərhəddə beş LY-80 (HQ-16) zenit-raket kompleksi və IBIS-150 radiolokasiya nəzarət batareyası yerləşdirilib ki, bu da uzun məsafədə hava hədəflərini müəyyən etmək və zərərsizləşdirmək gücünə malikdir.

Bundan başqa, Pakistan hərbçiləri Hindistan tərəfdən potensial hücumları nəzarətdə saxlamaq və zərərsizləşdirmək üçün Kəşmir nəzarət xətti boyunca sərhəddə Çinin “Göy qurşağı” CH-4 və CH-5 pilotsuz uçuş aparatlarını da yerləşdirib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.