DÜNYA


Pakistan İslam Ölkələri Antiterror Hərbi Koalisiyası Qərargahına nümayəndə göndərib

Qahirə, 19 noyabr, AZƏRTAC

Pakistan mərkəzi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İslam Ölkələri Antiterror Hərbi Koalisiyasının qərargahına nümayəndə göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İslamabad hərbi nümayəndəsinin qərargahda təmsil olunduğu 24-cü İslam ölkəsidir. Pakistan ən mühüm müsəlman dövlətlərindən biri kimi, Koalisiyanın fəaliyyətində daha yaxından iştirak etmək niyyətindədir.

İslam Ölkələri Antiterror Hərbi Koalisiyası 2015-ci il dekabrın 15-də yaradılıb. Koalisiyanın 44 rəsmi üzvü olsa da, onların bir çoxu, xüsusən Afrika ölkələri qərargahda təmsil olunmur.

Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti də Ciddədə bu qərargahın fəaliyyəti ilə tanış olub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.