Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Pakistanı ortaq mənəvi dəyərlərimizdən qaynaqlanan möhkəm dostluq və qardaşlıq əlaqələri birləşdirir. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz xalqlarımızın iradəsini bariz şəkildə ifadə edir.

Bu yaxınlarda ölkənizə etdiyim səfəri, keçirdiyimiz görüşü, apardığımız fikir mübadilələrini məmnunluqla xatırlayıram. İnanıram ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığının və müttəfiqliyinin daim möhkəmləndirilməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 17 mart 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin