Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
AzerTAg.az
Bakı, 16 aprel, AZƏRTAC
Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə bu ölkənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirlik, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək.
Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.

Xəbərin mətnində orfoqrafik səhv var