DÜNYA


Pakistan Prezidenti Dağlıq Qarabağda törədilən soyqırımıdan danışıb

İslamabad, 6 avqust, AZƏRTAC

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ölkəsində qeyd olunan Kəşmirin blokada günü ilə əlaqədar Senatın xüsusi sessiyasında urdu dilində çıxış edərək, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgələrinin əhalisinin ötən bir ildə fundamental insan hüquqlarından məhrum edildiyini, dünyanın orada baş verən hadisələri görməli olduğunu söyləyib.

A.Alvi bölgədəki hadisələrin soyqırımına doğru inkişaf etdiyini vurğulayıb, misal olaraq Dağlıq Qarabağda və Bosniyada törədilən soyqırımlara toxunub. O, Dağlıq Qarabağda da əvvəlcə təcrid siyasətinin aparıldığını, sonra soyqırımının həyata keçirildiyi, sonda isə bölgənin demoqrafik vəziyyətinin dəyişdirildiyini diqqətə çatdırıb.

Pakistan Prezidenti çıxışında kəşmirlilərə verdikləri dəstəyə görə BMT-nin Baş katibinə, Azərbaycan, Türkiyə, Çin, Malayziya və İrana minnətdarlığını ifadə edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.