DÜNYA


Pakistan “Qəznəvi” ballistik raketinin sınağını keçirib VİDEO

Bakı, 29 avqust, AZƏRTAC 

Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur bildirib ki, İslamabad “Qəznəvi” ballistik raketinin sınağını keçirib.

AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahının yaydığı rəsmi məlumatda raketin sınaq buraxılışının avqustun 28-dən 29-na keçən gecə həyata keçirildiyi bildirilir. Qeyd olunub ki, “Qəznəvi” döyüş başlıqlarını 290 kilometr məsafədəki hədəfə çatdırmağa qadirdir.

Pakistanın Baş Naziri İmran Xan raketin uğurlu sınağına görə hərbçilərə təşəkkürünü bildirib və pakistanlıları təbrik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.