Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Pakistan Senatının üzvü, “Camaat-e-İslami Pakistan” Partiyasının sədri Sirac ul Haqdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan ilə Ermənistan arasındakı müharibənin dayandırılması ilə bağlı atəşkəs razılaşmasının imzalanması Pakistan İslam Respublikasının xalqı tərəfindən də böyük məmnunluqla qarşılandı. Bu, Azərbaycanda sülh və tərəqqi üçün yeni imkanlar yaradacaq.

Həmçinin Şuşa şəhərinin və işğal altında olan digər dörd rayonun Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi, Ermənistanın işğal etdiyi digər rayonları qaytarmağa razılıq verməsi də böyük məmnunluq doğurur. Bütün bunlara görə şəxsən öz adımdan, “Camaat-e-İslami Pakistan”ın üzvləri və Pakistan xalqı adından Sizi, hökumətinizi və Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Sirac ul Haq,

“Camaat-e-İslami Pakistan” Partiyasının sədri,

Pakistan Senatının üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin