SİYASƏT


Pakistan mətbuatında Ermənistan XİN-in əsassız bəyanatı ifşa olunub

Bakı, 4 avqust, AZƏRTAC

Pakistanın “Dispatch News Desk” xəbər agentliyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in bəyanatına şərhi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə yaşanan son gərginliyin səbəbinin məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması olduğu, eləcə də 3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insidentin məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsi olduğu vurğulanıb.

Həmçinin bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrasının vacib olduğu bildirilib və Azərbaycanın öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirdiyi və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.