DÜNYA


Pakistan ordusunun Baş Qərargah rəisinə Səudiyyə Ərəbistanının ali mükafatı təqdim edilib

Qahirə, 26 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Qamar Cavid Bachaya krallığın ali mükafatı – Kral Əbdüləziz ordenini təqdim edib.

AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Kral Salman bin Əbdüləzizin sərəncamı ilə pakistanlı general bu ali mükafata Səudiyyə Ərəbistanı ilə Pakistan arasında əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Görüş zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.