DÜNYA


Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin siyahısını bir-birinə təqdim ediblər

İslamabad, 2 yanvar, AZƏRTAC

Pakistan və Hindistan sahib olduqları nüvə obyektlərinin və qurğularının siyahısını diplomatik yolla bir-birinə təqdim ediblər. Siyahıların qarşılıqlı şəkildə təqdim edilməsi nüvə obyektlərinə hücumun qadağan olunmasına dair müqaviləyə əsasən reallaşdırılıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu siyahılar ilk dəfə 1992-ci il yanvarın 1-də tərəflərə təqdim olunub. Bu prosedur artıq 28-ci dəfədir həyata keçirilir.

1988-ci il dekabrın 31-də imzalanan və 1991-ci il yanvarın 27-də qüvvəyə minən müqaviləyə əsasən, Pakistan və Hindistan öz ərazilərində olan nüvə obyektləri barədə hər il bir-birilərinə məlumat verirlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.