DÜNYA


Pakistan və Rusiya “Pakistan axını” qaz kəmərinin inşasını həyata keçirəcəklər

Pakistan və Rusiya “Pakistan axını” qaz kəmərinin inşasını həyata keçirəcəklər

Moskva, 30 mart, AZƏRTAC

Rusiya və Pakistan ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in xarici işlər naziri Sergey Lavrovun pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə Çində keçirdiyi görüşün yekunlarına dair yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, iki ölkə energetika sahəsində bir sıra layihələr, o cümlədən “Pakistan axını” qaz kəmərinin inşasını həyata keçirəcək.

Tərəflər, həmçinin Ukraynadakı münaqişənin nizama salınmasına dair fikir mübadiləsi aparıblar. Rusiya, ABŞ, Çin və Pakistan formatında Əfqanıstanda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyi bir daha qeyd edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.