İDMAN


Pakistan yenidən FIFA üzvlüyünə qəbul olunub

Bakı, 3 iyul, AZƏRTAC

FIFA Pakistan Futbol Federasiyası ilə bağlı qərarını dəyişib.

AZƏRTAC xəbər verir ki, xeyli müddət idi dünyanın ali futbol qurumu tərəfindən cəzalı olan bu ölkə bağışlanıb. Belə ki, qurumun rəsmi saytında Pakistanın yenidən üzvlüyə qəbul olunduğu açıqlanıb. Eyni zamanda, bu ölkənin futbolu ilə bağlı bütün məhdudiyyətlər də aradan qaldırılıb.

Xatırladaq ki, FIFA ötən il aprelin 7-də təşkilatın işinə müdaxilə edilməsini əsas göstərərək Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.