MƏDƏNİYYƏT


Pakistanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb VİDEO

İslamabad, 20 yanvar, AZƏRTAC

Pakistanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib və sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyinin Preston Universiteti ilə birgə təşkil etdiyi “20 Yanvar - Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi” mövzusunda müsabiqə-sərgiyə ölkənin 20-dən artıq ali təhsil ocağının tələbələrinin və həvəskar rəssamların əsərləri təqdim olunub.

Sərginin açılış mərasimində Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Preston Universitetinin rektoru Abdul Basit, diplomatlar, tələbələr, rəssamlar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Rəsm əsərləri “Şəhidlikdən müstəqilliyə", "Şəhidlər ölməz və unudulmazdır", "Azərbaycan və Pakistan dostluğu əbədidir", "Azərbaycanın tarixi abidələri və müasir memarlığı" və "20 Yanvar - Azərbaycanın müstəqilliyi yolunda böyük bir addım" mövzularını əhatə edib. 25-dən artıq rəsm əsəri komissiya tərəfindən nəzərdən keçirilib və qaliblər müəyyənləşdirilib.

Müsabiqənin qaliblərinə və iştirakçılarına universitetdə keçiriləcək “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı anım mərasimində pul mükafatlarının, sertifikatların və müxtəlif hədiyyələrin təqdim olunması nəzərdə tutulur.

Açılış mərasimindən sonra iştirakçılar sərgiyə baxıb, rəssamlar öz əsərləri haqqında qısa məlumat veriblər.

Maraqla qarşılanan sərgi üç gün davam edəcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.