DÜNYA


Pakistanda 6 mindən çox insan koronavirusdan həyatını itirib

İslamabad, 26 sentyabr, AZƏRTAC

Son sutkada Pakistanda COVID-19 infeksiyasına 566 nəfər yoluxub, belə pasiyentlərin sayı 309 min 581 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, sutka ərzində COVID-19-dan 7 nəfər həyatını itirib. Bununla da həyatını itirənlərin sayı 6 min 444 nəfər olub.

Qeyd edilir ki, xəstəxanalarda 7 min 797 pasiyent var, onlardan 576-nın vəziyyəti ağırdır.

Pandemiya dövründə 293 min 333 xəstənin sağaldığı bildirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.