DÜNYA


Pakistanda COVID-19 virusuna 254 minə yaxın adam yoluxub

İslamabad, 15 iyul, AZƏRTAC

Son 24 saatda Pakistanda COVID-19 virusuna 1979 nəfər yoluxub. Bununla da ölkədə belə xəstələrin sayı 253 min 604 olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son gündə 54 xəstə vəfat edib və ölənlərin sayı 5 min 320 nəfərə çatıb.

Ölkənin xəstəxanalarında 77 min 628 pasiyent olduğu bildirilir, 2 min 151 xəstənin vəziyyəti ağırdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.