DÜNYA


Pakistanda İmran Xanın tərəfdarları və polis arasında toqquşma baş verib

Pakistanda İmran Xanın tərəfdarları və polis arasında toqquşma baş verib

Bakı, 15 mart, AZƏRTAC

Pakistanın Lahor şəhərində ölkənin sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın tərəfdarları və polis arasında toqquşmalarda azı 62 nəfər xəsarət alıb.

AZƏRTAC Geo.tv telekanalına istinadla xəbər verir ki, sabiq hökumət başçısının iqamətgahı qarşısında yaşanan qarşıdurma nəticəsində yaralananların 54-ü polis, səkkizi isə mülki şəxsdir.

DawnNewsTV telekanalının məlumatına görə, çərşənbə günü səhər saatlarında İmran Xanı həbs etməyə gələn təhlükəsizlik qüvvələri onun tərəfdarlarının aktiv müqaviməti ilə qarşılaşıb.

Martın 14-də Lahorda baş verən toqquşmalarda isə 30 polis əməkdaşı yaralanıb, 15 fəal isə həbs olunub.

Pakistanın Daxili İşlər Nazirliyindən bildirilib ki, tərəfdarlarının müqavimətinə baxmayaraq, sabiq Baş nazir məhkəmənin hökmünə əsasən həbs ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.