DÜNYA


Pakistanda avtomobil qəzası 14 nəfərin həyatına son qoyub

İslamabad, 22 yanvar, АZƏRTAC

Pakistanın Kəraçi şəhərindən Pancqur istiqamətində gedən avtobusun yanacaq aparan maşınla toqquşması nəticəsində 14 nəfər ölüb, 16 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, toqquşma nəticəsində yanacaq maşını partlayıb və alovlanıb.

Pakistan mətbuatı yaralananlardan beşinin vəziyyətinin ağır olduğunu yazıb. Bildirilir ki, avtobusda ümumilikdə 33 nəfər olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.