DÜNYA


Pakistanda daha 2700 nəfər koronavirusa yoluxub

İslamabad, 5 aprel, AZƏRTAC

Pakistanda daha 2700 nəfər koronavirusa yoluxub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkə üzrə ən çox yoluxma Pəncab əyalətində qeydə alınıb. Bu günədək virusdan 40 nəfər ölüb.

Mətbuat yazır ki, koronavirus Pakistan iqtisadiyyatına böyük zərbə vurub. İqtisadiyyatı dirçəltmək üçün Pakistan Beynəlxalq Valyuta Fondundan 1,4 milyard, Dünya Bankından 1 milyard, Asiya İnkişaf Bankından 1,5 milyard dollar kredit verilməsini xahiş edib. Bildirilib ki, bu yardımlar olmadan ölkə iqtisadiyyatını dirçəltmək çətin olacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.