DÜNYA


Pakistanda dəmiryol qəzasında ölənlərin sayı 21 nəfərə çatıb

Bakı, 11 iyul, AZƏRTAC

Pakistanın şimalında yerləşən Pəncab əyalətində sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı azı 21 nəfərə çatıb, 89 nəfər isə yaralanıb.

AZƏRTAC Geo TV telekanalına istinadla xəbər verir ki, Lahordan Kvetta şəhərinə gedən sərnişin qatarı tam sürətlə Rəhimyar-Har şəhərində dayanan yük qatarına çırpılıb. İlkin məlumata əsasən, sərnişin qatarı öz yolu ilə hərəkət etməyib. Qəza nəticəsində sərnişin qatarının üç vaqonu relsdən çıxaraq aşıb. Şahidlərin sözlərinə görə, hadisə səhər saatlarında, sərnişinlərin əksəriyyətinin yatdığı vaxt baş verib.

Hazırda axtarış-xilasetmə əməliyyatının yekunlaşdığı bildirilir. Yaralıların hamısı yerli xəstəxanalara çatdırılıb.

Qəzanın səbəblərinin müəyyən edilməsi üzrə təhqiqat başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.