DÜNYA


Pakistanda hərbiləşdirilmiş dəstəyə hücum beş adamın həyatına son qoyub

İslamabad, 20 mart, AZƏRTAC

Pakistanın Bəlucistan əyalətindəki Ziarat dairəsindəki nəzarət-buraxılış məntəqəsində olan hərbiləşdirilmiş dəstəyə hücum nəticəsində beş adam həlak olub, yaralananlar var.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, qanlı hadisəyə görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.

Bəlucistan əyalətində bu terror təşkilatından başqa İŞİD və daha bir neçə kiçik qruplaşma fəaliyyət göstərir və onlar vaxtaşırı belə qanlı hadisələr törədir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.