DÜNYA


Pakistanda iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 62-yə çatıb

İslamabad, 9 iyun, AZƏRTAC

Pakistanın Sind əyalətinin Qotki şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 62-yə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, qəza nəticəsində 100-dən çox sərnişin xəsarət alıb. Onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Pakistan Dəmir yolları idarəsinin rəhbəri Maxammad Azam Xan Svati jurnalistlərə açıqlamasında deyib ki, qəzanın səbəbləri araşdırılır və bu hadisəyə görə təqsirli bilinənlər layiqli cəzalarını alacaqlar.

Xatırladaq ki, iyunun 7-də Qotki şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 11 vaqon aşıb, 8 vaqon tamamilə sıradan çıxıb. Hər iki qatarda minə yaxın sərnişin olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.