DÜNYA


Pakistanda leysan yağışlar azı yeddi nəfərin həyatına son qoyub

Bakı, 23 yanvar, AZƏRTAC

Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində leysan yağışların fəsadları nəticəsində azı yeddi nəfər həlak olub, daha 16 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi əyalətin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə idarəsinə istinadla məlumat yayıb. Cümə günü torpaq sürüşmələri və evlərin damının qopması səbəbindən ölənlər arasında qadınların və uşaqların da olduğu bildirilir. Həmçinin azı 19 ev və bina qismən zədələnib və ya dağılıb.

Agentliyin məlumatına görə, xilasetmə əməliyyatları hələ də davam edir. Hakimiyyət orqanları torpaq sürüşməsi nəticəsində bloklananmış bir neçə avtomobil yolunu təmizləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.