DÜNYA


Pakistanda mərmər mədənində baş verən torpaq sürüşməsi nəticəsində səkkiz işçi həlak olub

İslamabad, 22 fevral, АZƏRTAC

Pakistanın Buner rayonunda mərmər mədənində baş verən torpaq sürüşməsi nəticəsində səkkiz işçi həlak olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, 30-dək şaxtaçının torpaq altında qalması təxmin edilir. İndiyədək doqquz nəfər torpaq altından çıxarılıb. Xəsarət alanların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda mədəndə axtarış-xilasetmə işləri həyata keçirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.