DÜNYA


Pakistanda naməlum şəxslər avtobusa hücum edib

Bakı, 5 iyun, AZƏRTAC

Pakistanın Pəncab əyalətində naməlum şəxslərin avtobusa hücumu nəticəsində bir nəfər həlak olub, daha 28 nəfər yaralanıb.

AZƏRTAC Ani informasiya agentliyinə istinadla xəbər verir ki, fabrikə işə gedən qadınları aparan avtobus cümə günü atəşə tutulub. Sürücü hadisə zamanı ölüb. Bundan sonra avtobus dərin dərəyə yuvarlanıb. Yaralananlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan beşi ağır vəziyyətdədir.

Polis insidentin təhqiqatına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.