DÜNYA


Pakistanda naməlum silahlı şəxslər otelə hücum ediblər

Bakı, 11 may, AZƏRTAC

Pakistanın Belucistan əyalətində yerləşən Qvadar şəhərində bir neçə naməlum silahlı şəxs beşulduzlu “Pearl Continental” otelinə hücum edib.

AZƏRTAC “Dawn” qəzetinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının hüquq-mühafizə orqanları məlumat yayıb.

Hazırda otelin ərazisi polis tərəfindən mühasirəyə alınıb, atışmanın davam etdiyi bildirilir. İlkin məlumata əsasən, otelə hücumda 3-4 silahlı iştirak edir.

“Pakistan Today” nəşrinin yaydığı informasiyaya görə, otel binasında azı 70 mülki şəxs, o cümlədən 40 Çin vətəndaşı var. Hələlik həlak olan və yaralananlar barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.