DÜNYA


Pakistanda qatar qəzası qurbanlarının sayı 50-yə yüksəlib

Bakı, 7 iyun, AZƏRTAC

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli ARY News telekanalı məlumat yayıb. Geo TV kanalının xəbərinə görə, qəzada daha 100 nəfərə yaxın insan yaralanıb. Polisdən bildiriblər ki, 25 nəfərədək sərnişinin toqquşan qatarların bloklanmış vaqonlarında qalması ehtimal edilir.

Qəza bu gün səhər saatlarında Sind əyalətində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Şahidlərin sözlərinə görə, hadisə anında sərnişinlərin əksəriyyəti yuxuda olub. Toqquşma nəticəsində 12 vaqon relsdən çıxıb, 4 vaqon dağılıb.

Baş nazir İmran Xan ölkənin dəmir yollarında təhlükəsizlik problemi ilə bağlı təhqiqat aparmaq barədə göstəriş verib

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.