DÜNYA


Pakistanda qum fırtınası nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

İslamabad, 15 aprel, АZƏRTAC

Pakistanın cənubundakı Kəraçi şəhərində və ətraf ərazilərdə güclü qum fırtınası nəticəsində ölənlərin sayı altı nəfərə çatıb, onların ikisi uşaqdır.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, fırtına zamanı baş verən avtomobil qəzası nəticəsində də üç nəfər həyatını itirib.

Qum fırtınası şəhərin bir sıra rayonlarında elektrik dirəkləri və ağacları yıxıb, külək bəzi evlərin damlarını atıb, bir çox evlərə ciddi zərər dəyib.

Hazırda küçələr təmizlənir, hadisənin vurduğu zərər hesablanır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.