CƏMİYYƏT


Pakistanda səhranın yerində meşə salınıb

Bakı, 8 avqust, AZƏRTAC

İqlim dəyişiklikləri ilə mübarizədə bir çox ölkələr kütləvi ağacəkmə proqramlarına başlayırlar. Səhraların “yaşıllaşdırılması”nın nəticələri ilə bu günlərdə birinci olaraq Pakistan bölüşüb.

AZƏRTAC xəbər verir ki, ölkənin Baş Nazirinin iqlim dəyişiklikləri məsələləri üzrə müşaviri Malik Amin Aslam özünün “Twitter” səhifəsində yerləşdirdiyi videoda Lahor yaxınlığında yerləşən Balloki qoruğunun bir il bundan əvvəlki və indiki vəziyyətini göstərir.

Bütün yeni əkilən ağaclar – “10 milyard ağacdan ibarət sunami” adlı proqramın bəhrəsidir. Bu, ölkə tarixində hökumətin təşəbbüsü və maliyyə dəstəyi ilə meşələrin salınması üzrə ən iri layihədir. 5 il ərzində 10 milyard ağacın əkilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.