DÜNYA


Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı, 22 may, AZƏRTAC

Pakistan Beynəlxalq Hava Yolları şirkətinin “Airbus 320” tipli təyyarəsi bu gün Kəraçi şəhəri yaxınlığında qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin şirkət nümayəndələrinə istinadla yaydığı məlumata görə, təyyarənin göyərtəsində 107 nəfər olub.

Geo Tv kanalı isə təyyarədə 7 heyət üzvü və 91 sərnişinin olduğunu bildirib.

Təyyarə Pəncab əyalətinin Laxor şəhərindən Kəraçi aeroportuna uçurdu. Qəza yerinə hərbçilər və xilasedicilər cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.