DÜNYA


Pakistanda sərnişin və yük qatarlarının toqquşması azı doqquz nəfərin həyatına son qoyub

İslamabad, 11 iyul, AZƏRTAC

Pakistanın Pəncab əyalətinin Raximyar-Xar şəhərində sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı doqquz nəfər ölüb, 67 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə Kvetta şəhərindən Laxora gedən sərnişin qatarının dayanacaqda duran yük qatarına çırpılması nəticəsində baş verib.

Bildirilir ki, yaralananlar arasında 9 qadın, 11 uşaq da var.

Qəzanın səbəbləri araşdırılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.