DÜNYA


Pakistanda təbii fəlakət nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

İslamabad, 12 sentyabr, АZƏRTAC

Son iki gündə Pakistanda baş verən aramsız yağış və daşqınlar ölkə üzrə azı 18 nəfərin həyatına son qoyub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, təkcə Xayber-Paxtunxva əyalətinin Torqar rayonunda 3 ev tamamilə dağılıb, 11 nəfər həlak olub.

Pəncab əyalətində isə azı 7 adam daşqınların qurbanı olub, onların 4-ü uşaqdır. Ölkə üzrə çoxlu adamın yaralandığı və itkin düşdüyü bildirilir. İtkin düşənlərin axtarışı davam edir. Fərdi ev və təsərrüfatlara ciddi ziyan dəyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.