DÜNYA


Pakistanda terror aktı nəticəsində 17 nəfər həlak olub

Pakistanda terror aktı nəticəsində 17 nəfər həlak olub

Bakı, 30 yanvar, AZƏRTAC

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərində məscid partladılıb.

AZƏRTAC xəbər verir ki, Pakistan polisinin məlumatına görə, partlayış günorta namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədilib.

Şəhərin səhiyyə xidməti hadisə nəticəsində azı 17 nəfərin öldüyünü, 150 nəfərədək insanın yaralandığını bildirib. Həkimlərin sözlərinə görə, xəstəxanaya çatdırılan yaralılardan 10-nun vəziyyəti ağırdır.

Hadisə ilə əlaqədar Peşavarın bütün xəstəxanalarında fövqəladə vəziyyət rejimi elan edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.