DÜNYA
Pakistanda törədilən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
Bakı, 12 aprel, AZƏRTAC
Pakistanın qərbində yerləşən Kvetta şəhərində kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 48 nəfər isə yaralanıb. Həlak olanlar arasında hərbçilər də var.
AZƏRTAC xəbər verir ki, “Dawn” qəzetinin yaydığı məlumata görə, hadisə ərzaq mağazasında baş verib. Partlayıcı qurğu kartof kisəsinə qoyulub.
Kvetta şəhərinin polis nümayəndəsi Əbdül Rəzzak Çiman hücumun islamın şiə təriqətinə mənsub olan xəzərilərə qarşı yönəldiyini bildirib.
Hazırda partlayışın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər fəaliyyət göstərirlər. İnsidentlə bağlı təhqiqat başlayıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]