DÜNYA


Pakistanda törədilən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Bakı, 8 may, AZƏRTAC

Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.

AZƏRTAC “Doon” qəzetinə istinadla xəbər verir ki, Pəncab əyalətinin baş polis inspektorunun sözlərinə görə, hücumun hədəfi Lahorun Data-Darbar məscidi yaxınlığında dayanmış polis avtomobili olub.

Hazırda hadisənin baş verdiyi əraziyə gücləndirilmiş polis naryadları cəlb olunub. İlkin məlumata əsasən, 7 kiloqram trotil ekvivalentinə bərabər partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.