DÜNYA


Pakistanda törədilən terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb

İslamabad, 25 iyul, AZƏRTAC

İyulun 25-də Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində törədilən terror aktını İŞİD qruplaşması öz üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu gün Pakistanda keçirilən parlament seçkilərinə mane olmaq üçün törədilən terror aktında son məlumata görə 31-dən çox insan həlak olub, 40-dan artıq yaralı var.

Pakistan mətbuatının yaydığı məlumata görə, partlayışı terrorçu-kamikadze şəhərdəki seçki məntəqələrinin birinin yaxınlığında törədib. Həlak olanlar arasında beş polisin olduğu da bildirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.