DÜNYA


Pakistanda yağışlar və qum fırtınası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Bakı, 16 aprel, AZƏRTAC

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində və onun ətrafında baş verən güclü qum-toz fırtınası və leysan yağışları nəticəsində həlak olanların sayı 25 nəfərədək artıb.

AZƏRTAC Dawn qəzetinə istinadla xəbər verir ki, ən çox dağıntı doqquz nəfərin həlak olduğu Kəraçidə və Pəncab vilayətində qeydə alınıb. Təbii fəlakət nəticəsində, həmçinin 9 balıqçı itkin düşüb. Sonradan onların beş nəfəri xilas edilib.

Kəraçi şəhəri rayonunda bazar günü gecə başlayan fırtına səhəri gün də davam edib. Güclü külək şəhərin bir neçə rayonunda ağacları və elektrik dirəklərini aşırıb. Hazırda yol hərəkətini bərpa etmək üçün küçələrdə təmizləmə işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.