SİYASƏT


Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub

İslamabad, 22 iyun, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş naziri Nasirul Mulk ilə görüşüb.

Azərbaycan rəhbərliyinin salamlarını Baş nazirə çatdıran səfir dövlətimizin başçısı İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycanla yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb.

Əli Əlizadə mövcud olan səmərəli əməkdaşlığın hazırkı vəziyyəti, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, viza rejiminin sadələşdirilməsi, turizm əlaqələrinin genişləndirilməsi sahəsində görülmüş işlər haqqında məlumat verib. O, Azərbaycanın Pakistanla ticari-iqtisadi, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji və digər sahələrdə əməkdaşlığın daha da artırılmasında maraqlı olduğunu bildirib. Səfir Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinin və Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Baş nazir Pakistan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulduğunu bildirib. 2017-ci ildə Azərbaycan Prezidentinin Pakistana səfərinin əlaqələrin daha da inkişafına təkan verdiyini bildirən Nasirul Mulk salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyinin bəlli olduğunu, ölkəsinin həmişə Azərbaycanın yanında olduğunu qeyd edən Baş nazir Azərbaycanın da Pakistana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib, ticari-iqtisadi, enerji, investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb. Azərbaycanın təşəbbüsü ilə ötən il yaradılan Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini bildirən Baş nazir bu formatda xarici işlər nazirlərinin ikinci görüşünün İslamabadda təşkil edilməsinə Pakistanın hazır olduğunu qeyd edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.