DÜNYA


Pakistanın Baş naziri Rusiya Prezidentinin Məhəmməd peyğəmbər haqqında bəyanatlarının müsəlman dünyasında geniş dəstəkləndiyini qeyd edib

Moskva, 17 yanvar, AZƏRTAC

Pakistanın Baş naziri İmran xan Rusiya Prezidentinin Məhəmməd peyğəmbər haqqında bəyanatlarının müsəlman dünyasında geniş dəstəkləndiyini vurğulayıb.

AZƏRTAC Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Pakistan İslam Respublikasının Baş naziri İmran xan arasında telefon söhbət olub.

Mətbuat xidmətinin məlumatında deyilir: “İmran xan vurğulayıb ki, Rusiya Prezidentinin dekabrın 23-də keçirilmiş illik mətbuat konfransında ifadə azadlığı bəhanəsi ilə bu və ya digər dini, milli və sosial qrupun ləyaqətini alçaldan hər hansı hərəkətlərin yolverilməz olması barədə bəyanatları Pakistan cəmiyyətində və bütövlükdə müsəlman aləmində geniş dəstək tapıb. Vladimir Putin bu kontekstdə xatırladıb ki, Rusiya Federasiyası tarixən çoxmillətli və çoxkonfessiyalı dövlətdir, orada müxtəlif dinlərə, o cümlədən İslam dininə etiqad bəsləyən xalqlar ənənəvi olaraq dinc yanaşı yaşayır və qarşılıqlı fəaliyyət göstərir”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.